Avroliqanın daha bir oyunu azarkeşsiz keçiriləcək
Futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Danimarkanın “Kopenhagen” və Türkiyənin “Başakşəhər” klubları arasındakı cavab matçı azarkeşsiz keçiriləcək.
Komanda.az xəbər verir ki, fanatlar martın 19-da Kopenhagendə baş tutacaq görüşü koronavirus səbəbindən stadiondan canlı izləyə bilməyəcəklər. Virusun yayılmasının qarşısını almaq məqsədilə bu addımın atıldığı bildirilib.
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniya “Valensiya”sı ilə İtaliya “Atalanta”sı arasındakı cavab oyunu, həmçinin Avropa Liqasının 1/8 final mərhələsinin “İnter” (İtaliya) – “Xetafe” (İspaniya) görüşü də eyni səbəbdən azarkeşsiz baş tutacaq.
Xatırladaq ki, Danimarkada koronavirusa 21 yoluxma halı aşkar olunub.
Bizi Facebook-da izləyin