
Avroliqada ən yaxşı bəlli oldu
Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun matçlarından sonra həftənin ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu ada “Frayburq”dan Mixel Qreqoriç layiq görülüb.
O, “Molde”dən Kristian Eriksen, “Liverpul”da Kodi Qakpo və Marsel “Olimpik”indən Pyer-Emerik Obameyanqı qabaqlayıb.
Qreqoriç ötən gecə “Olimpiakos”la matçda het-trik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin