Avroliqada pley-offa yekun vuruldu

Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, bütün oyunları eyni gündə baş tutub.

“Qarabağ” da Sloveniya “Olimpiya”sı ilə cavab matçına çıxıb. Lyublyanada baş tutan ilk oyunda 2 cavabsız qolla qalib gəlmiş Azərbaycan çempionu doğma meydanda “sülh” bağlamaqla qrupa vəsiqəni təmin edib.

Azərbaycanlı futbolçu Mahir Emrelinin komandası – Zaqreb “Dinamo”su isə ilk oyunda məğlub etdiyi Praqa “Sparta”sı ilə bu dəfə səfərdə qarşılaşıb və böyük hesabla uduzaraq Avroliqa ilə vidalaşıb.

Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunları

31 avqust

“Qarabağ” (Azərbaycan) – “Olimpiya” (Sloveniya) 1:1 (ilk oyun 2:0)
“Aris” (Limasol, Kipr) – “Slovan” (Slovakiya) 6:2 (1:2)
“Zarya” (Ukrayna) – “Slaviya” (Praqa, Çexiya) 2:1 (0:2)
“Şerif” (Moldova) – “Klaksvik” (Farer adaları) 2:1 (1:1)
“Sparta” (Praqa, Çexiya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 4:1 (1:3)
“Ayaks” (Niderland) – “Ludoqorets” (Bolqarıstan) 0:1 (4:1)
“Çukariçki” (Serbiya) – “Olimpiakos” (Yunanıstan) 0:3 (1:3)
“Luqano” (İsveçrə) – “Yunion” (Belçika) 0:1 (0:2)
“Aberdin” (Şotlandiya) – “Haken” (İsveç) 3:1 (2:2)
“Zrinski” (Bosniya və Herseqovina) – LASK (Avstriya) 1:1 (1:2)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button