Avroliqada mövsümün ən yaxşısı adına 3 namizəd
Futbol üzrə Avropa Liqasında 2019/20 mövsümünün ən yaxşısı adına namizədlər açıqlanıb.
Komanda.az xəbər verir ki, mükafata üç iddiaçını UEFA müəyyənləşdirib.
Bunlar Ever Baneqa (Sevilya), Romelu Lukaku (İnter) və Bruno Fernandesdir (Sportinq/Mançester Yunayted).
Ötən mövsümün ən yaxşısı Avroliqada 2020/21 mövsümünün qrup mərhələsinin püşkatması zamanı açıqlanacaq. Tədbir oktyabrın 2-də İsveçrənin Nyon şəhərində baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin