Avroliqada koronavirusa görə təxirə salınmış oyunların vaxtı açıqlandı
Futbol üzrə Avropa Liqasında 1-ci təsnifat mərhələsinin təxirə salınmış qarşılaşmalarının yeni tarixi müəyyənləşib.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Makkabi” (Hayfa, İsrail) – “Jelezniçar” (Bosniya və Herseqovina) matçı 9 sentyabra təyin edilib.
“Nomme Kalyu” (Estoniya) – “Mura” (Sloveniya) görüşü isə bir gün sonra baş tutacaq. Hər iki qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Qeyd edək ki, UEFA bu iki qarşılaşmanı sözügedən komandaların futbolçularında koronavirus aşkarlanması səbəbindən təxirə salmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin