Avroliqada həftənin ən yaxşı oyunçusu bəlli oldu

Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, həftənin ən yaxşı futbolçusu “Sevilya”nın hücumçusu Yussuf En Nesiri seçilib.

O, “Mançester Yunayted”ə 3:0 hesabıyla qalib gəldikləri matçda dubla imza atıb.

Xatırladaq ki, həftənin futbolçusu adına Nemanya Matiç (“Roma”), Adam Hlojek (“Bayer”) və Adrien Rabyo (“Yuventus”) da namizəd idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button