Avroliqada həftənin oyunçusu bəlli oldu
Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
Komanda.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilmiş səsverməyə əsasən, bu ada Portuqaliya “Braqa”sının hücumçusu Vitor Olivyera layiq görülüb.
22 yaşlı forvard Belçikada “Union”la 3:3 hesablı heç-heçə etdikləri görüşdə 41 dəqiqəyə het-trik edib.
Avroliqada həftənin ən yaxşı oyunçusu adına “Omoniya”nın (Kipr) qapıçısı Fransis Uzoho, PSV-nin (Niderland) yarımmüdafiəçisi Joey Veerman və “Şturm”un (Avstriya) hücumçusu Uilyam Bovinq də namizəd idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin