Avroliqada həftənin ən yaxşı oyunçusu bilindi

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu bəlli olub.

Komanda.az xəbər verir ki, bu ada İtaliyanın “Napoli” klubunun yarımmüdafiəçisi Elif Elmas layiq görülüb.

O, İngiltərənin “Lester Siti” komandasına qarşı keçirdikləri oyunda (3:2) dubla imza atıb.

Avroliqada həftənin ən yaxşı oyunçusu adına “Dinamo”dan (Zaqreb, Xorvatiya) Mislav Orşiç, “Real Sosyedad”dan (İspaniya) Mikel Oyarzabal və Moskva “Spartak”ından (Rusiya) Aleksandr Selikov da namizəd idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button