Avroliqada həftənin ən yaxşı oyunçusu bəlli oldu
Futbol üzrə Avropa Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu, “Sevilya”nın futbolçusu Lyuk De Yonqdur.
O, “İnter”lə final matçında 2 qol vurub. Niderlandlı hücumçu səsvermədə komanda yoldaşları Ever Baneqa, Xesus Navas və Jül Kundeni qabaqlayıb.
Qeyd edək ki, “Sevilya” finalda “İnter”ə 3:2 hesabı ilə qalib gələrək tarixində 6-cı dəfə Avroliqanın qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin