Avroliqada həftənin ən yaxşı oyunçusu bəlli oldu
Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, 1/16 final mərhələsinin ilk oyunlarının ən yaxşısı İngiltərənin “Vulverhempton” klubunun hücumçusu Dioqo Jota seçilib.
23 yaşlı oyunçu qurumun rəsmi saytında keçirilən səsvermədə Yanis Haci (“Reyncers”), Lusiano Vietto (“Sportinq”) və Daiçi Kamadanı (“Ayntraxt”) qabaqlayıb.
Qeyd edək ki, Jota Avroliqanın 1/16 final mərhələsində “Espanyol”a 4:0 hesabı ilə qalib gəldikləri oyunda 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin