Avroliqada həftənin ən yaxşı oyunçusu bəlli oldu
Avropa Liqasında qrup mərhələsinin sonuncu turunun ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, UEFA-nın keçirdiyi səsvermədə azarkeşlər 4 namizəd arasında seçim edib.
Nəticədə “Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud turun ən yaxşısı seçilib. 18 yaşlı ingilis futbolçu sonuncu turda komandasının Niderland “Alkmaar”ına 4:0 hesabıyla qalib gəldiyi oyunda dubla imza atmaqla buna nail olub.
Qrinvud digər iddiaçılar Joris Nyanyon (“Renn”), Bukayo Saka (“Arsenal”) və Dioqu Jotanı (“Vulverhempton”) qabaqlamağı bacarıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin