Avroliqada həftənin ən yaxşı oyunçusu bəlli oldu

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu ada Almaniyanın “Bayer” komandasının yarımmüdafiəçisi Mussa Diabi layiq görülüb.

O, ötən gecə İspaniyanın “Betis” komandasına 4:0 hesabıyla qalib gəldikləri oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Avroliqada həftənin ən yaxşı oyunçusu adına “Vest Hem”dən (İngiltərə) Said Benrahma, Lion “Olimpik”indən (Fransa) İslam Slimani və “Braqa”dan (Portuqaliya) Rikardo Horta da namizəd idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button