Avroliqada həftənin ən yaxşı futbolçusu açıqlandı
Avropa Liqasında həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, bu, “Sparta”dan Velko Birmançeviç olub.
O, “Slaviya”dan Moymir Xitili, “Olimpiakos”dan Kostas Fortunisi və “Sportinq”dən Qonsalo İnasionu qabaqlayıb.
Birmançeviç Avroliqanın qrup mərhələsinin sonuncu turu çərçivəsində səfərdə qarşılaşdıqları “Aris”lə (3:1) görüşdə dubla imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin