Avroliqada həftənin ən yaxşı futbolçusu açıqlandı
Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
Komanda.az xəbər verir ki, azarkeşlərin UEFA-nın rəsmi saytındakı səsverməsinə əsasən, bu ada Fransanın “Renn” klubunun hücumçusu Amin Quiri layiq görülüb.
22 yaşlı forvard Türkiyədə “Fənərbaxça” ilə 3:3 hesablı heç-heçə etdikləri görüşdə 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Avroliqada həftənin ən yaxşı oyunçusu adına Robert Navarro (“Real Sosyedad”, İspaniya), Luk De Yonq (PSV, Niderland) və Omri Altman (AEK, Larnaka, Kipr) da namizəd idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin