Avroliqada həftənin ən yaxşı oyunçusu – Burak Yılmaz
Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun ən yaxşı oyunçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, Fransanın “Lill” klubunun hücumçusu Burak Yılmaz həftənin ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Türkiyə millisinin də üzvü olan təcrübəli forvard Praqa “Sparta”sı ilə ev oyununda komandası 0:1 hesabıyla məğlub durumda olarkən, 77-ci dəqiqədə meydana çıxıb və dubla imza atmaqla (80, 84-cü dəqiqələrdə) əzmkar qələbədə əsas pay sahibi olub. Bu qələbə fransızları həm də növbəti mərhələyə çıxarıb.
Qeyd edək ki, Burak Yılmazla yanaşı, “Milan”dan Yens Petter Hauqe, “Malmö”dən Maqnus Volff Eikrem və “Braqa”dan Qaleno da həftənin ən yaxşısı adına namizəd idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin