Avroliqada həftənin ən yaxşı oyunçusu
Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, “Bazel”in yarımmüdafiəçisi Samuele Kampo bu həftənin ən yaxşısı seçilib.
O, UEFA-nın rəsmi saytında keçirilən sorğuda Çarles Aranqis (“Bayer”), Markos Antonio (“Şaxtyor”, Donetsk) və Odion İqalonu (“Mançester Yunayted”) qabaqlayıb.
Qeyd edək ki, Kampo “Ayntraxt”a 3:0 hesabı ilə qalib gəldikləri matçda 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin