Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Çelsi”nin yarımmüdafiəçisi Pedro Rodriqes 1/4 final mərhələsinin cavab oyunlarının ən yaxşısı seçilib. Qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında aparılan sorğuda İngiltərə klubunun forvardı daha çox səs toplayıb. O, Çexiyanın “Slaviya” (Praqa) klubuna qarşı keçirdikləri oyunda (4:3) dubla imza atıb.

Pedrodan əlavə, həftənin ən yaxşısı adına Filip Kostiç (“Ayntraxt”, Frankfurt), Petr Şevçik (“Slaviya”) və Toni Lato (“Valensiya”) da namizəd idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button