Avroliqada 3-cü təsnifat mərhələsinin cütləri bəlli oldu

Futbol üzrə Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cütləri bəlli olub.

Komanda.az xəbər verir ki, sentyabrın 24-də üz-üzə gələcək 35 cütdən 34-nün tərkibi tam dəqiqləşib.

Bunlardan 26-sı Əsas yolda mübarizə aparacaq. Digər 9 cüt isə Çempionlar yolunda qarşılaşacaq.

“Neftçi”ni mübarizədən kənarlaşdıran “Qalatasaray” bu mərhələdə “Hayduk”la üz-üzə gələcək. Türkiyənin digər klublarından “Beşiktaş” və “Alanyaspor”un da rəqibləri bəlli olub. Sonuncular “Rusenborq”la, istanbullular “Rio Ave” ilə üz-üzə gələcək.

Avropa Liqası
3-cü təsnifat mərhələsi

Əsas yol
“Malmö” (İsveç) – “Lokomotiva” (Xorvatiya)
“Rusenborq” (Norveç) – “Alanyaspor” (Türkiyə)
“Qranada” (İspaniya) – “Lokomotivi” (Gürcüstan)
LASK (Avstriya) – “Dunayska Streda” (Slovakiya)
“Standard” (Belçika) – “Voyvodina” (Serbiya)
“Apollon” (Kipr) – “Lex” (Polşa)
“Sportinq” (Portuqaliya) – “Aberdin” (Şotlandiya)
“Volfsburq” (Almaniya) – “Desna” (Ukrayna)
“Riyeka” (Xorvatiya) – “Kolos” (Ukrayna)
“Milan” (İtaliya) – “Bodo Qlimt” (Norveç)
“Rostov” (Rusiya) – “Makkabi” (Hayfa, İsrail)
“Beşiktaş” (Türkiyə) – “Rio Ave” (Portuqaliya)
“Mura” (Sloveniya) – PSV (Niderland)
“Şarlerua” (Belçika) – “Partizan” (Serbiya)
“Fehervar” (Macarıstan) – “Reyms” (Fransa)
“Sankt-Qallen” (İsveç) – AEK (Yunanıstan)
“Şkendiya” (Şimali Makedoniya) – “Tottenhem” (İngiltərə)
“Villem II” (Niderland) – “Reyncers” (Şotlandiya)
“Bazel” (İsveçrə) – “Anartosis” (Kipr)
ÇSKA (Sofiya, Bolqarıstan) – B-36 (Farer adaları)
“Styaua” (Rumıniya) – “Slovan” (Çexiya)
“Qalatasaray” (Türkiyə) – “Hayduk” (Xorvatiya)
“Kopenhagen” (Danimarka) – “Pyast” (Polşa)
APOEL (Kipr) – “Zrinski” (Bosniya və Herseqovina)
“Hapoel” (Beer-Şeva, İsrail) – “Motervell” (Şotlandiya)
“Viktoriya” (Çexiya) – “Sonderyuske” (Danimarka)

Çempionlar yolu
“Sarayevo” (Bosniya və Herseqovina) – “Buduçnost” (Monteneqro)
“Şerif” (Moldova) – “Dandalk” (İrlandiya)
“Ararat” (Ermənistan) – “Çelye” (Sloveniya)
“Riqa” (Latviya)/“Tre Fiori” (San-Marino) – “Seltik” (Şotlandiya)
“Kuopio” (Finlandiya) – “Suduva” (Litva)
“Legiya” (Polşa) – “Drita” (Kosovo)
“Klaksvik” (Farer adaları) – “Dinamo” (Tbilisi, Gürcüstan)
“Yurqorden” (İsveç) – ÇFR (Rumıniya)
“Floriana” (Malta) – “Flora” (Estoniya)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button