Avroliqa: “Qalatasaray” “Qarabağ”ın rəqibinə qalib gəldi
Türkiyənin “Qalatasaray” klubu Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi “Elfsborq”u məğlub edib.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi 3-cü tura təsadüf edən ev oyununda İsveç komandasına 4:3 hesabı ilə qalib gəlib.
Azərbaycan çempionunun bu turnirdəki digər rəqiblərindən olan Norveçin “Budo Qlimt” komandası isə səfərdə Portuqaliyanın “Braqa” klubu ilə qarşılaşıb. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qarabağ” noyabrın 7-də “Bodo Qlimt”in, dekabrın 11-də isə “Elfsborq”un qonağı olacaq.
Bu turun digər matçları oktyabrın 24-də təşkil olunacaq.
Avropa Liqası
Liqa mərhələsi
23 oktyabr
Qalatasaray – Elfsborq 4:3
Braqa – Bodo Qlimt 1:2
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin