Avroliqa: Ovusu birinci, Şahruddin üçüncü sırada
“Qarabağ”ın hücumçusu Ovusu Kvabena Avropa Liqasının qrup mərhələsində çərviçəyə ən çox dəqiq zərbə endirən futbolçudur.
Komanda.az xəbər verir ki, 25 yaşlı futbolçu 5 qarşılaşmada 10 dəfə buna nail olub. Qanalı forvardın bu zərbələrindən yalnız ikisi qolla nəticələnib.
Bu göstəriciyə görə Portuqaliya “Braqa”sından Vitor Oliveyra və İngiltərə “Mançester Yunayted”indən Markus Reşford növbəti sıralarda qərarlaşıb. Hər iki oyunçu 9 dəfə çərviçəyə düşüb.
Ağdam klubunda Şahruddin Məhəmmədəliyev isə ən çox qurtarış edən qapıçılardan biridir. 28 yaşlı qolkiper 5 matçda 20 seyvlə yadda qalıb. O, İsveç “Malmö”sündən İsmael Diavara ilə birlikdə 3-4-cü yerləri bölüşdürür.
“Qarabağ” Avroliqanın qrup mərhələsinin 5-ci turunda Fransada “Nant”a 1:2 hesabı ilə uduzub. Ağdam təmsilçisi sonuncu turda Almaniyanın “Frayburq” komandasını qəbul edəcək.
Bizi Facebook-da izləyin