Avroliqa: “Milan”dan darmadağın, “Qalatasaray”dan çətin qələbə
Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.
Komanda.az xəbər verir ki, bütün oyunlar eyni günə təsadüf edib.
Azərbaycan çempionu “Qarabağ”ın Portuqaliyada “Braqa”ya qalib gəldiyi gündə Türkiyə çempionu “Qalatasaray” da evdə Çexiyanın “Sparta” komandasını məğlub edib.
“Milan” doğma meydanda “Renn”ə böyük hesabla qalib gəlib.
Bu mərhələnin cavab oyunları fevralın 22-də keçiriləcək.
Avropa Liqası
Pley-offun ilk oyunları
15 fevral
Feyenoord (Niderland) – Roma (İtaliya) 1:1
Qollar: Payşao, 45+1 – Lukaku, 67.
Qalatasaray (Türkiyə) – Sparta (Praqa, Çexiya) 3:2
Qollar: K.Demirbay, 19. Kreyçi, 60-öz qapısına. İkardi, 90+1 – Presyado, 47. Kuxta, 47.
Şaxtyor (Donetsk, Ukrayna) – Olimpik (Marsel, Fransa) 2:2
Qollar: Matvienko, 68. Equinaldo, 90+3 – Obameyanq, 64. Ndiaye, 90.
Yanq Boyz (İsveçrə) – Sportinq (Portuqaliya) 1:3
Qollar: Uqriniç, 42 – Amenda, 31-öz qapısına. Qyokeres, 41-pen. İnasio, 48.
Milan (İtaliya) – Renn (Fransa) 3:0
Qollar: Loftus-Çik, 32; 47. Leao, 53.
Benfika (Portuqaliya) – Tuluza (Fransa) 2:1
Qollar: Di Mariya, 68-pen; 90+8-pen – Desler, 75.
Lans (Fransa) – Frayburq (Almaniya) 0:0
Braqa (Portuqaliya) – Qarabağ (Azərbaycan) 2:4
Qollar: Simon Banza, 44. Joao Moutinyo, 90+1-pen. – Marko Yankoviç, 21-pen. Abdullah Zubir, 54; 69. Olavio Juninyo, 65.
Bizi Facebook-da izləyin