Avropa Liqası matçından əvvəl “İnter”də ciddi itki
“İnter” ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, Milan təmsilçisinin yarımmüdafiəçisi Raca Nainqqolan zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Nainqqolanın komandanın son məşqində zədələndiyi və tibbi müayinələrdən sonra durumuna aydınlıq gələcəyi bildirilib.
Nainqqolanın “İnter”in Avropa Liqasının 1/8 final mərhələsinin ilk matçları çərçivəsində “Ayntraxt”a (Frankfurt) qarşı keçirəcəyi oyunda iştirakı sual altındadır.
“Ayntraxt” – “İnter” matçı sabah, saat 21:55-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin