Avroliqa matçı öncəsi altı futbolçuda koronavirus aşkarlandı
Bosniya və Herseqovinanın “Jelenziçar” klubunun kollektivi koronavirus testindən keçirilib.
Komanda.az xəbər verir ki, analizlər nəticəsində komandanın 6 futbolçusunda koronavirus aşkarlanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə İrfan Feyziç, Frane İkic, Damir Sadikoviç, Mustafa Muyezinoviç, Ermin Zeç və Samir Bekriçdə koronavirus aşkarlandığı diqqətə çatdırılıb. Onların hər birinin özünü yaxşı hiss etdiyi, buna baxmayaraq, ev şəraitində karantinə alındıqları bildirilir.
Qeyd edək ki, “Jelezniçar” Avropa Liqasında mübarizə aparmaq hüququ qazanıb. Bu komandanı turnirin 1-ci təsnifat mərhələsi çərçivəsində İsrailin “Makkabi” (Hayfa) klubu ilə səfər oyunu gözləyir. Lakin koronavirus aşkarlanan futbolçular İsrailə aparılmayacaq.
Onu da xatırladaq ki, Ermin Zeç 2015/16 mövsümündə “Qəbələ”də forma geyinib.
“Makkabi” – “Jelezniçar” qarşılaşması avqustun 27-də keçiriləcək.
Bizi Facebook-da izləyin