Avroliqa matçı güclü küləyə görə təxirə salındı
Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Latviyanın “Riqa” və San-Marinonun “Tre Fiori” komandaları arasında keçirilən oyun yarımçıq dayandırılıb.
Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Matçın yarıda qalmasına güclü külək səbəb olub. Belə ki, görüşün start fitindən 8 dəqiqə sonra oyun dayandırılıb.
Təşkilatçılar komandalar və yerli hakimiyyət nümayəndələri ilə müzakirələrdən sonra oyunu bərpa etməməyi qərara alıblar. Onlar qarşılaşma iştirakçılarının təhlükəsizlikləri naminə bu addımı atıblar.
Matçın yeni tarixi barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, oyun “Skonto” stadionunda keçirilib. Görüş dayandırıldığı vaxt hesab açılmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin