
Avroliqa: “Beşiktaş” İsrail klubunu Macarıstanda qəbul edəcək
Türkiyənin “Beşiktaş” komandası Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda İsrail təmsilçisi “Makkabi”ni (Təl-Əviv) Macarıstanda qəbul edəcək.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Yaxın Şərqdə baş verən hadisələri nəzərə alan UEFA təhlükəsizlik məsələlərini əsas gətirərək oyunun neytral şəhərdə – Debretsendə keçirilməsinə razılıq verib.
Azarkeşlərin buraxılmayacağı “Beşiktaş” – “Makkabi” matçı noyabrın 28-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin