Konfrans Liqası: “Qarabağ”ın səfər oyunlarına azarkeşlər buraxılacaq!

Avrokubokların qrup mərhələsindən etibarən səfər komandalarının azarkeşlərinin stadiona buraxılmasına icazə verilib.

Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Xəbərdə, ölkələrin səlahiyyətli orqanlarının icazə verəcəyi təqdirdə, səfər komandalarının azarkeşlərinin tribunalara buraxılacağı bildirilib.

Azərbaycanı Konfrans Liqasında təmsil edən “Qarabağ” H qrupunda İsveçrənin “Bazel”, Kiprin “Omoniya” və Qazaxıstanın “Kayrat” klubu ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button