“Bəxtimiz gətirsə, avrokuboklarda kifayət qədər uğurlu komanda olacağıq”
“Vest Hem”in baş məşqçisi Devid Moyes 2023/2024 mövsümündə Avropa Liqasındakı çıxışlarından danışıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, şotlandiyalı mütəxəssis qrup mərhələsini yaxşı nəticə ilə bitirdiklərini bildirib:
“Qrupda yaxşı nəticə göstərdik. Bu qrupda yalnız bir oyunda, “Olimpiakos”a səfərdə uduzduq (2:1). Üstəlik, kifayət qədər uzun müddətdir ki, avrokuboklarda uduzduğumuz yeganə matçdır (“Vest Hem” avrokuboklarda məğlubiyyətsiz 21 oyun keçirib). Keçən il Konfrans Liqasının qalibi olduq, bir il əvvəl isə Avropa Liqasının yarımfinalına yüksəldik. Bəxtimiz gətirsə, avrokuboklarda kifayət qədər uğurlu komanda olacağıq”.
London komandası 15 xalla A qrupunda birinci yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin