Brendan Rocersin gənc və “ac” komandası

“Seltik” klubunun yeni baş məşqçisi Brendan Rocers kluba ikinci dəfə təyinat almasını şərh edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, avrokubokların Şotlandiya təmsilçisi üçün həmişə vacib olduğunu deyib:

“İlk dəfədir ki, klubun və komandanın yüksək səviyyədə olduğu yerdə işə başlayacam. Ante Postekoğlu (“Seltik”in keçmiş, “Tottenhem”in yeni baş məşqçisi) son bir neçə ildə burada super işlər görüb. Komanda gənc və “ac”dır. Bu zehniyyəti qoruyub saxlasaq, uğur qazanmağa davam edəcəyik. Məncə, avrokuboklar “Seltik” üçün həmişə vacibdir”.

2022/23 mövsümündə İngiltərənin “Lester” klubunda işləyən Brendan Rocers 2016-2019-cu illərdə “Seltin”in “sükanı arxasında” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button