Avrokubokda hər 2 oyunu Bakıda keçirəcək – Azərbaycan çempionu

Kişi voleybolçulardan ibarət “Murov” komandası avrokuboklardakı növbəti oyunlarını da evdə keçirəcək.

Komanda.az xəbər verir ki, Çelenc kubokunda mübarizə aparan “Murov” 1/16 final mərhələsində Avstriyanın “Qrats” klubu ilə öz meydanında görüşəcək.

Qarşılıqlı razılığa əsasən, hər iki oyun Bakı Voleybol Mərkəzində təşkil olunacaq. Noyabrın 8-dəki ilk görüşdə meydan sahibi avstriyalılar olacaq. Ertəsi gün keçiriləcək cavab qarşılaşmasında “Murov” rəqibini qəbul edəcək. Komandalar ilk oyuna saat 19:00-da, ertəsi gün isə saat 18:00-da çıxacaq.

“Murov” 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” klubu ilə də iki dəfə Bakıda qarşılaşıb. Azərbaycan çempionu bu oyunlarda 3:0 və 3:1 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button