Avrokubok oyunlarında bir dəqiqəlik sükut olacaq

Futbol üzrə UEFA Çempionlar Liqasının və Avropa Liqasının 2019/20 mövsümünün qalan oyunları bu həftə bərpa olunacaq.

Komanda.az xəbər verir ki, keçiriləcək qarşılaşmalar bir dəqiqəlik sükutla başlayacaq.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə bu ilin əvvəlindən etibarən bütün dünyanı təsiri altına alan koronavirus pandemiyasının qurbanlarının bir dəqiqəlik sükutla yad ediləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Avroliqa avqustun 5-də, ÇL isə ayın 7-də bərpa olunacaq. Bütün qarşılaşmalar pandemiya ilə əlaqədar azarkeşsiz keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button