“Bir az əsəbiləşdim, yalan danışmayacam” – Millinin futbolçusu
İngiltərə millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden Almaniyada keçirilən Avropa çempionatının 1/4 finalında İsveçrə ilə oyunöncəsi yığmadakı çıxışından danışıb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, milli komanda üçün ən yaxşısını etmək istədiyini söyləyib:
“Bir az əsəbiləşdim, yalan danışmayacam. Qol vurmaq, İngiltərə üçün ən yaxşısını etməyə çalışmaq istəyirəm. Bəzən alınmır, amma əsas yaxşı fikirləşməkdir. Avropa çempionatına gəlsəm və çıxış etməsə idim, Premyer Liqanın ən yaxşı oyunçusu olmazdım. Hər oyunda irəliyə doğru kiçik addımlar atdığımı hiss edirəm və ümid edirəm ki, İngiltərə üçün yaxşı çıxış edə biləcəm. Bu, həmişə mənim məqsədim olub”.
24 yaşlı futbolçu ötən mövsüm İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib. Foden İngiltərə millisində 38 oyunda 4 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin