Söz verdi: AÇ-2024-ü qazansalar, saçlarını mavi, ağ və qırmızı rəngə boyayacaq
Fransa millisinin və “Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa yayda Almaniyada keçiriləcək Avropa çempionatı ilə bağlı fikirlərini bildirib.
Komanda.az “Telefoot”-a istinadən xəbər verir ki, o, hazırda millinin əsas məqsədinin Avropa çempionatını qazanmaq olduğunu deyib:
“Bütün fransızların məqsədi Avropa çempionluğunu qazanmaqdır, biz bunu istəyirik! Olimpiya Oyunları? Bu da məqsəddir, amma bu haqda Avropa çempionatından sonra danışaq. AÇ-2024-ü qazansaq, saçlarımı mavi, ağ və qırmızı rəngə boyayacam”.
Püşkatmanın nəticələrinə görə, Fransa yığması Avstriya və Niderland milliləri ilə eyni qrupda yer alıb. Dördüncü rəqib hələ müəyyənləşməyib.
Kamavinqa 2020-ci ilin payızında Fransa millisində debüt edib. Bu müddət ərzində o, 13 qarşılaşmada iştirak edib və 1 qol vurub.
Bizi Facebook-da izləyin