Jiru: “Artıq gənclərə yol vermək vaxtıdır”
Fransa millisinin hücumçusu Olivye Jiru 2024-cü il Avropa çempionatının sonunda yığma komandanı tərk etmək qərarına gəlib.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, artıq gənc futbolçulara yol verməyin gərək olduğunu söyləyib:
“AÇ-2024-ün sonunda milli komandanı tərk edəcəm. Artıq gənclərə yol vermək vaxtıdır”.
Jiru 2011-ci ildən Fransa millisində çıxış edir. 37 yaşlı forvard ümumilikdə yığmada 131 oyun keçirib, 57 qol vurub və 16 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin