AÇ-2024: Azərbaycan millisinin rəqibində qeyri-müəyyənlik

Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsindəki rəqiblərindən olan Belçika yığmasında qeyri-müəyyənlik hökm sürür.

Komanda.az “rtbf.be”-yə istinadən xəbər verir ki, hazırda əsas problem baş məşqçi ilə bağlıdır. Roberto Martines istefa verdikdən sonra yeni çalışdırıcı axtarışında olan Belçika federasiyası hələlik namizədləri nəzərdən keçirir.

Komandanın “sükanı arxasına” təyinatın 2023-cü il yanvarın 10-dan sonra baş tutacağı gözlənilir. Çünki müraciət üçün son tarix məhz həmin vaxt bitəcək.

Belçika millisində heyətlə bağlı da problemlər var. “Real”ın yarımmüdafiəçisi Eden Hazard yığmadakı karyerasını bitirib. Tobi Alderveyreld və Yan Vertongenin durumu isə məlum deyil. Onların taleyinə yeni baş məşqçi bəlli olduqdan sonra aydınlıq gələcək.

Azərbaycan millisi seçmə mərhələdə Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button