
AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək
Avqustun 19-da AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçiriləcək.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
- 2022-ci ilin fevral ayından etibarən Azərbaycan Premyer Liqasında VAR (video köməkçi hakim) sisteminin tətbiqi
- Azərbaycan Premyer Liqası hakimləri ilə bağlı “Peşəkar hakim” sisteminin tətbiqi
- 2022-2023-cü il mövsümü üçün “Klubların lisenziyalaşdırması üzrə qaydalar”ın təsdiqi
- Digər məsələlər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin