AFFA “Qəbələ”yə maddi yardım edəcək

Avqustun 14-də Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə start veriləcək.

Komanda.az xəbər verir ki, Azərbaycan çempionatının növbəti mövsümündə də sabit maliyyə dayaqlarına malik olmaq məqsədilə “Qəbələ” ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası arasında aparılan danışıqlar və müzakirələr müsbət nəticələnib. Ötən mövsüm olduğu kimi, qarşıdan gələn çempionat dövründə də AFFA “Qəbələ”yə maddi dəstək göstərəcək.

AFFA tərəfindən ayrılan maliyyə vəsaiti təkcə “Qəbələ” İK-nın əsas komandasının Premyer Liqada çıxışını təmin etməyə deyil, eyni zamanda, “Qəbələ” Futbol Akademiyasının da fəaliyyətinin dəstəklənməsinə yönəldiləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button