Avqust ayı üçün reytinq cədvəli açıqlandı
Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə, milli komandaların idmançılarının 2022-ci ilin avqust ayı üçün reytinq cədvəlini açıqlayıb.
Komanda.az nazirliyin saytına istinadən xəbər verir ki, reytinqə bədii gimnastika üzrə qrup hərəkətləri komandası 435 xalla başçılıq edir.
İkinci yerdə ötən ay Misirin paytaxtı Qahirədə dünya ikincisi olan qılıncoynadan Anna Basta (330 xal) və üçüncü pullədə bədii gimnast Zöhrə Ağamirovadır (300 xal).
Reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin