Avila “Qarabağ”la matçı buraxa bilər
“Olimpiakos”un futbolçusu Qonsalo Avila “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü tur matçını buraxa bilər.
Komanda.az xəbər verir ki, 24 yaşlı müdafiəçi OFİ-yə 2:1 hesabı ilə qalib gəldikləri Yunanıstan Super Liqasının 7-ci tur oyununda bud nahiyəsindən zədələnib.
39-cu dəqiqədə ispaniyalı oyunçunun yerinə meydana Marios Vrusay daxil olub. Avilanın durumuna bu gün aydınlıq gələcək.
Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin