
AVF prezidenti milli üzvü ilə birgə veloyürüşə çıxdı
Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev Elit/U23 yığma komandasının üzvü Ayan Xankişiyeva ilə görüşüb və onunla bir sıra məsələlər haqda danışıb.
Komanda.az xəbər verir ki, görüş zamanı velosipedçinin 5-ci İslam Həmrəyliyi Oyunlarındakı çıxışları, onun medal qazanmağa çox yaxın olması, iki növdə 4-cü yerdə qərarlaşması, idmançının fiziki, taktiki-texniki hazırlığı və digər mövzularda müzakirələr aparılıb.
Mədət Quliyev millimizin üzvünə müvafiq tapşırıq və tövsiyələrini verib və onunla birlikdə veloyürüşdə iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin