Avarçəkmə üzrə Azərbaycan birinciliyi başa çatıb
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının 2024-cü il üçün təsdiq etdiyi təqvim planına əsasən təşkil olunan avarçəkmə üzrə Azərbaycan birinciliyinə yekun vurulub.
Komanda.az xəbər verir ki, Azərbaycan birinciliyində Bakı və Mingəçevirdən olan 2006-2007, 2008-2009 və 2010-2011-ci il təvəllüdlü 100-dən artıq avarçəkən mübarizə aparıb.
Bu isə son illərdə avarçəkmə üzrə keçirilən ölkədaxili turnirlərdə ən yüksək göstəricidir. Yarışlarda fərqlənən ilk üç yerin qalibləri diplom və medallarla mükafatlandırılıb. Həmçinin, qaliblər mayda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən “Prezident Kuboku-2024” beynəlxalq reqatasında iştirak edəcək yığma komandanın heyətinə cəlb ediləcək.
AKAF-ın əsas prioritetlərindən biri yeniyetmə və gənclər arasında avarçəkmə idman növünün populyarlığını artırmaq, kütləviliyi təmin etmək, bununla da gələcəkdə güclü milli komanda formalaşdırmaqdır. Bu məqsədlə il ərzində yeniyetmə və gənclər arasında bir neçə ölkədaxili və beynəlxalq yarışların təşkili nəzərdə tutulub.
Bizi Facebook-da izləyin