Avarçəkənlərin yarışı keçiriləcək – Xəzərdə
Yanvarın 7-də Xəzər dənizində avarçəkənlərin təlim qayıqlarında yarışları keçiriləcək.
Komanda.az xəbər verir ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) 2023-cü ilin ilk idman tədbirini Bakı bulvarında təşkil edəcək.
Federasiya Xəzərdə test yürüşlərini artıq uğurla başa vurub. “MİLAN EXPO”-nun qarşısında olacaq tədbir zamanı Bakıda sakinlərlə ilk səyyar görüş də həyata keçiriləcək.
AKAF ölkənin bütün bölgələrində səyyar görüşlər təşkil etməyi nəzərdə tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin