“Auqsburq”dan darmadağın
Futbol üzrə Almaniya Bundesliqasında 20-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, açılış oyununda “Leyptsiq” “Hannoverlə qarşılaşıb. Qonaqlar bu görüşdə darmadağınla qalib gəliblər.
Lider Dortmund “Borussiya”sı səfərdə “Ayntraxt”la üz-üzə gəlib və xal itkisi ilə üzləşib. “Bavariya” isə “Bayer” səfərinə yollanıb. Münhen klubu bu görüşdə məğlubiyyətlə üzləşib. Əvəzində Münhenqladbax “Borussiya”sı səfərdə “Şalke”yə qalib gəlməklə ikinci pilləyə yüksəlib.
Son oyun günündə iki görüş baş tutub. “Auqsburq” doğma meydanda “Maynts”ı darmadağın edib. Dörd qolun qeydə alındığı “Ştutqart” – “Frayburq” matçında isə qalib müəyyənləşməyib.
Almaniya Bundesliqası, 20-ci tur
1 fevral
Hannover – Leyptsiq 0:3
Qol: Halştenberq, 45. Orban, 64; 85.
2 fevral
Bayer – Bavariya 3:1
Qol: Beyli, 53. Volland, 63. Alario, 87 – Qoretska, 41.
Ayntraxt – Borussiya D 1:1
Qol: Yoviç, 36 – Roys, 22.
Herta – Volfsburq 0:1
Qol: Veqorst, 65.
Hoffenhaym – Fortuna 1:1
Qol: Kramariç, 16-pen – Henninqs, 46.
Nürnberq – Verder 1:1
Qol: İshak, 86 – Eqqeştayn, 64.
Şalke – Borussiya M 0:2
Qol: Kramer, 85. Noyhaus, 90.
3 fevral
Auqsburq – Maynts 3:0
Qol: Finnboqason, 8-pen; 34-pen; 54.
Ştutqart – Frayburq 2:2
Qol: İnsua, 74. Didavi, 83 – Haberer, 4. Niederlexner, 90.
Bombardir: Luka Yoviç (Ayntraxt F) – 14 qol.
Bizi Facebook-da izləyin