Atsunun dağıntılar altından çıxarıldığına dair xəbərlər təsdiqlənmədi
Türkiyənin “Hatayspor” klubunun hücumçusu Kristian Atsunun zəlzələ zamanı qaldığı dağıntıların arasından xilas edildiyi iddia edilirdi. Lakin Türkiyə mətbuatının yazdığı son məlumatlara görə, bu xəbərlər təsdiqini tapmayıb.
Komanda.az xəbər verir ki, araşdırmalar nəticəsində qanalı hücumçunun adının heç bir xəstəxananın qeydiyyat siyahısında olmadığı müəyyənləşib. Klubun mətbuat xidməti də əvvəlcə bu xəbəri təsdiqləmişdi. Lakin baş məşqçi Volkan Dəmirəl və komanda yoldaşları açıqlamalarında Atsudan heç bir xəbər almadıqlarını bəyan ediblər. Futbolçunun hələ də dağıntılar altında qaldığı ehtimal edilir.
Futbolçunun meneceri Nana Sexere də ondan xəbər almadıqlarını bildirib: “Klubdan Kristianın dağıntıların altından canlı çıxarıldığına dair xəbər gəlmişdi. Amma biz onun harada olduğunu hələ də bilmirik. Atsunun ailəsi üçün çətin günlər davam edir”.
Klubun idman direktoru Taner Savutdan da hələ heç bir məlumat yoxdur.
Bizi Facebook-da izləyin