Zəlzələ: Qanalı futbolçu dağıntıların altından çıxarılıb
“Hatayspor” klubunun rəsmisi Mustafa Özat Türkiyədə baş verən zəlzələlərdən sonra yarımmüdafiəçi Kristian Atsunun dağıntılar altından qurtulduğunu bildirib.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, 31 yaşlı futbolçunun yaralı olduğunu deyib:
“Atsu dağıntıların altından yaralı tapıldı. İdman direktorumuz Taner Savut hələ də tapılmayıb. Hatay zəlzələlərdən çox əziyyət çəkdi. Ən təhlükəli saatların sonuna yaxınlaşırıq”.
Qanalı futbolçunun xəstəxanaya yerləşdirildiyi bildirilib.
Fevralın 6-da Türkiyənin cənubundakı Kahramanmaraş ərazisində 7,7 bal gücündə silsiləli zəlzələlər qeydə alınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin