9 ay sonra qayıtdı
“Atletiko”nun zədəli futbolçusu Şime Vrsalko sağalıb.
Komanda.az xəbər verir ki, 27 yaşlı müdafiəçi artıq komanda ilə birgə məşqlərə başlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Dizindəki zədəyə görə bu ilin fevralında əməliyyat olunan Vrsalko, 9 ay sonra yaşıl meydanlara qayıdıb.
Xorvatiyalı müdafiəçinin “Atletiko” ilə 2022-ci ilin yayına qədər müqaviləsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin