
MY Argentina millisinin üzvünü “qaralayıb”
Argentina millisinin və “Atletiko”nun yarımmüdafiəçisi Rodriqo de Paul komandasını dəyişə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Onun bazar dəyəri 30 milyon avro qiymətləndirilir.
Argentinalı futbolçunun Madrid klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. O, 2021-ci ildən bu komandada oynayır.
30 yaşlı yarımmüdafiəçi İspaniya çempionatının cari mövsümündə 8 matçda iştirak edib, 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin