Dieqo Koşta İspaniyaya qayıda bilər

“Atletiko”nun sabiq futbolçusu Dieqo Koşta yenidən İspaniyaya qayıda bilər.

Komanda.az xəbər verir ki, hazırda Braziliyanın “Atletiko Mineyro” klubunda çıxış edən hücumçu ilə “Kadis” və “Elçe” maraqlanır. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

La Liqa təmsilçiləri qış transfer pəncərəsi dövründə Koştanı heyətə cəlb etmək üçün danışıqlara başlayacaq.

Koşta “Atletiko Mineyro” ilə bu mövsüm Braziliya A Seriyasını və ölkə kubokunu qazanıb. O, bu komanda ilə 19 matçda 5 qol vurub.

Koşta 2007-2014 və 2018-2021-ci illərdə “Atletiko”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button