“Atletiko” argentinalı futbolçunun transferini bitirməyə çalışır

“Atletiko” “Tottenhem”in müdafiəçisi Kristian Romeronun transferini başa çatdırmağı planlaşdırır.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu bu yaxınlarda verdiyi müsahibədə karyerasını İspaniyada davam etdirməkdə maraqlı olduğunu bildirib.

Artıq bir neçə aydır ki, “Atletiko” argentinalı oyunçuya əsas namizəd hesab olunur.

Madridlilərin rəhbərliyi transferi iyunun ortalarında başlayacaq Klublararası dünya çempionatına qədər bitirməyi planlaşdırır. Onlar 40-50 milyon avro, üstəgəl bonuslar təklif etməyə hazırdır. Ancaq londonlular daha çox tələb edir, təxminən 70 milyon avro.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button