Oblakdan “Çelsi”ylə bağlı açıqlama

“Atletiko”nun qapıçısı Yan Oblak “Çelsi”yə transfer olunacağı iddialarıyla bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan sloveniyalı futbolçu, çıxan şayiələrin onu narahat etmədiyini deyib:

“Çelsi”yə transferim? Bunlar şayiədir və belə şeylər məni narahat etmir. Şayiələr futbol həyatının bir hissəsidir. Hazırda yığmanın düşərgəsindəyəm və bütün diqqətim komandadadır. Gələcəkdə necə olacağını bilmirik, hər şey günü-gündən dəyişir”.

2014-cü ildən “Atletiko”da forma geyinən Oblakın müqaviləsi 2023-cü ilin yayına qədərdir. 27 yaşlı qapıçının “Çelsi”yə transfer olunacağı iddia olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button