“Atletiko”nun qapıçısı ÇL-də həftənin ən yaxşısı seçildi
UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu ada Madrid “Atletiko”sunun qapıçısı Yan Oblak layiq görülüb.
O, buna doğma meydanda “İnter”i 2:1 hesabıyla üstələdikləri görüşdə kritik qurtarışları sayəsində nail olub.
Həftənin ən yaxşı oyunçusu adına Ceydon Sanço (“Borussiya”, Dortmund), David Raya (“Arsenal”) və Pau Kubarsi (“Barselona”) də namizəd idilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin